Beyaz Türkiyədən köçdü

16 May 2016 12:30 (UTC+04:00)

Son vaxtlar verilişində baş verən hadisələrə görə tənqid hədəfi olan aparıcı Beyazit Öztürk (Beyaz) Türkiyədən köçüb.Türkiyənin "Vatan" qəzetinin yazdığına görə, Beyaz, sadəcə, "Beyaz Show"nun çəkilişləri üçün Türkiyəyə gəlir, canlı yayımdan dərhal sonra isə Barselonaya qayıdır. Yay tətilini də orada keçirtmək fikri olan aparıcının yeni mövsümdə ekranlarda olub-olmayacağı barədə qərarı hələ bilinmir.Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Facebook səhifəmizə üzv olun.