Bred Pitt Ancelina Coliyə bu qadınla xəyanət edir- foto

16 May 2016 15:50 (UTC+04:00)

Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pittin münasibətləri yenidən gərginləşib.

Movqe.az-ın məlumatına görə, qərb mediası B.Pittin hazırda birgə filmə çəkildiyi aktrisa Marion Kotillardla sevgi yaşadığını iddia edir. Bu səbəbdən də aktyorun Coli ilə boşanmağa hazırlaşdığı deyilir. "Inquistr" jurnalı yazır ki, Bred və Marion təkcə kamera qarşısında deyil, kamera arxasında da çox səmimidirlər. Onlar bir-birlərinə ləqəb qoşaraq, aralarında belə xitab edirlər. 

Ona görə də qısqanclıq hissləri keçirən Ancelina Bredi filmin çəkilişlərinin baş tutduğu Londonda tək qoymayaraq uşaqları da ora gətirib. Bu səbəbdən depresiyyaya düşən aktrisa sürətlə arıqlamağa davam edir. 

Qeyd edək ki, "Oskar" mükafatlı M.Kotillard 2007-ci ildən bəri Gilyerme Kanetlə birlikdədir. Onların bir uşağı da var./axşam.az/



Bred və Marion "Allied" filminin çəkilişində