Fransa: Əmək qanunu: İndi də avtomobillə yükdaşıyanlar mübahisəyə qoşulub

16 May 2016 16:15 (UTC+04:00)

Fransada yeni Əmək qanunu layihəsinin əleyhdarları əllərini heç vaxt yana sallamayacaqlar. Ötən həftə 49-3 maddəsi ilə səsvermə keçirilmədən qəbul edilən əmək qanunu layihəsi əleyhinə bu dəfə avtomobillə yükdaşıyanlar "rəqs" etməyə başlayıblar. Bazar ertəsindən etibarən onlar FO-nun çağırışı ilə CGT-nin də qoşulduğu yenilənən tətilə başlayıblar. Təşkilatçıların fikrincə, Havğ və Nant-Sen-Hazer limanlarını blokadaya almaq üçün Nord, Nant, Kaen, Mağsey və xüsusilə Boğdo regionlarının yükdaşıyan sürücüləri onlara qoşulacaq. Bu vaxtadək yükdaşıyanların əlavə işləri adi saata nisbətən 25-50 % artıq ödənilib. Lakin yeni əmək qanununa görə, işəgötürən əlavə işə görə ödənişləri 10%-ə qədər aşağı sala bilər.