Myanmar lideri Seine Yaponiyada

20 Aprel 2012 14:43 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Myanmar  prezidenti Thein Seine  5 günlük  ziyarət əsnasında  Yaponiyaya gəlib. Seinin Yaponiyda baş tutacaq  görüşlərdə iqtisadi və borc yardımı mövzularına toxunacağı deyilib.
Myanmar prezidenti Seine  28 illik fasilədən sonra  ilk dəfə olaraq Yaponiyaya dövlət başçısı kimi səfərini  reallaşdırır. Mütəxəssislər Yaponiyanın Myanmara yenidən borc verməyi planlaşdırdığını düşünür.
Xatırladaq ki, Myanmarda uzun müddət davam edən  hərbi rejim  Thein Seinin 2010-cu ilin noyabr  tarixində vəzifəyə gəlməsi ilə başa çatıb.
Əfqanə Məzahirqızı