DTX-nin Nardaranda bölməsi açılıb

16 May 2016 18:00 (UTC+04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin yeni inzibati binası istifadəyə verilib.

 

Movqe.az-ın DTX-nin saytına istinadən verdiyi xəbərə görə, müasir tələblərə cavab verən inzibati binasında yaradılan iş şəraiti və maddi-texniki baza müasir standartlar səviyyəsindədir.

 

"Xalqımızın və dövlətçiliyimizin təhlükəsizliyinin təminatı istiqamətində qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur" – deyə, məlumatda qeyd olunub.