Lavrov: Vasitəçilərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanmasına doğru irəliləmədir

17 May 2016 10:00 (UTC+04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması parametrləri üzrə müzakirələr davam edəcəyi görüşü iyunda razılaşdırması planlaşdırılır.

Movqe.az-ın məlumatına görə, bunu çərşənbə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.


"İyunda Azərbaycan və Ermənistan Prezidentləri öz növbəti görüşünün vaxtını və yerini razılaşdıracaqlar", Lavrov bildirib.


Həmçinin o qeyd etdi ki, vasitəçilərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanmasına doğru irəliləmədir.


"Güzəşt həmişə mümkündür. Ən azı, əgər belə imkana olmasaydı, onda Rusiya, ABŞ və Fransa bununla məşğul olmazdı" - nazir bildirib.