Kənan M.M. üçün özəl gün

17 May 2016 10:30 (UTC+04:00)

Bu gün rejissor Kənan M.M.-in doğum günüdür.Movqe.az xəbər verir ki, 40 yaşı tamam olan rejissor sosial şəbəkədə ürək sözlərini paylaşıb:"17 May 1976-cı ildə, Naxçıvan şəhərində Mahmudovlar ailəsində qara bir oğlan dünyaya gəlir. Adını Kənan qoyurlar, sonra Kənan M.M. olur. Mən özümü Azərbaycan vətəndaşı hiss etdiyim gündən bu millətə, bu xalqa, vətənimə və ailəmə layiq olmağa calışmışam. Bunu nə qədər bacardığımı bilmirəm. Amma həmişə həyatımı normal yaşamağa calışmışam. Bəlkədə haçansa qəlb qırmışam,  gobud olmuşam,  amma daxilimdəki həqiqəti bir mən, bir də məni Yaradan bilir... Bəzən haqqımda olar-olmaz şeylər yazıblar, bəzən jurnalistlər məni çox ucaldıblar, bəzən qəlbimi qırıblar. Mənə narkaman deyiblər, bəzən haqqlı olduğum halda, qəlb qırmamaq üçün susmuşam. İlk olaraq ailəmi, sonra sənətimi düşünərək hərəkət etmişəm. Televiziya kanallarının qarşısında işsiz, boynu bükük qalmışam. Vaz keçməmişəm. Bəzən paylaşdığım şəkillərin altına, sanki özəl həyatda məni lap yaxından tanıyırmış kimi tənqid və təhqir ediblər. Mən isə hər şeyi, hər kəsi olduğu kimi qəbul eləmişəm. Əziz xalqım, siz də məni bu 15 ildə olduğum kimi qəbul elədiyiniz üçün hər kəsin qarşısında baş əyirəm. Allahıma şükürlər olsun ki, 40 yaşımda yenə də sizinləyəm".Qeyd edək ki, müğənni Aygün Mahmudova ilə ailəli olan Kənan M.M.-in iki qızı, bir oğlu var.