Rio Olimpiadasına daha bir lisenziya

17 May 2016 10:49 (UTC+04:00)

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.Movqe.az goal.az-a istinadən xəbər verir ki, bununla bağlı Beynəlxalq Triatlon İttifaqı (ITU) tərəfindən Azərbaycan Triatlon Federasiyasına təsdiq məktubu göndərilib. Beynəlxalq Triatlon İttifaqı reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəkli 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) triatlonçular dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Rostislav Pevtsov Olimpiadada iştirak hüququ əldə edən 52 triatlonçu sırasına düşməyi bacarıb