Deputat: “Bu Azərbaycanın maraqlarına uyğundur”

17 May 2016 12:18 (UTC+04:00)

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusunda təmsil olunacaq. Movqe.az-ın məlumatına görə, bu gün keçirilən Mili Məclisin plenar iclasında  deputatlar "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" Memorandumun təsdiq edilməsi barədə qanunun layihəsini müzakirə ediblər. Parlamentin Beynəlxalq münasibətrlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. Komitə sədri deyib ki, Azərbaycan beynəlxalq təşkilatlarla fəal işləyir: "Biz bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və bu Azərbaycanın maraqları daxilində həyata keçirilir. Azərbaycanda Şanxay Əməkdaşlıq Təşkilatında öz maraqlarını qorumaq niyyətindədir. Memarandumda ticari, iqtisadi məqamlar var. Biz müddəaları komitədə ciddi müzakirə etmişik. Bu təşkilatda dialoq üçün tərəfdaşlıq statusunda olmaq Azərbaycanın maraqlarına uyğundur".