Səlim Müslümov Qazaxda 5 rayonun sakinlərini qəbul edəcək

17 May 2016 13:45 (UTC+04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qazax rayonunda 5 rayonun sakinlərini fərdi qaydada qəbul edəcək.


Bu barədə Movqe.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mayın 20-də saat 10:00-da Qazax rayonu Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.


Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Qazax, Ağstafa, Tovuz rayonları üzrə (022) 315-71-90, Gədəbəy və Şəmkir rayonları üzrə (022) 305-33-47 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.


Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.