Sabah 32 dərəcə isti olacaq

17 May 2016 13:45 (UTC+04:00)

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, mayın 17-də paytaxt və yarımadada cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 23-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.


Sabah Azərbaycan rayonlarında gündüz hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.


Tibbi-metereoloji proqnoza əsasən, may ayının 18-də Abşeron yarımadasında metereoloji amillərin zəif tərəddütü meteohəssas insanlar üçün əlverişlidir.