Azərbaycan tamaşaçısı ən çox kimə səs verib? - "Eurovision 2016"
17 May 2016 14:15 (UTC+04:00)
"Eurovision 2016"-da münsiflər heyətlərinin
verdiyi səslər bəlli olub.
Movqe.az-ın müsabiqənin rəsmi saytına istinadən
məlumatına görə, Azərbaycanın münsiflər heyətində rejissor Gülçöhrə
Şəfiyeva, dirijor Əyyub Quliyev, opera ifaçısı Fərid Əliyev, xalq
artisti Təranə Muradova və aparıcı Nərgiz Cəlilova yer alıb. Bütün
münsiflər 1-ci
yerə Rusiya təmsilçisi Sergey
Lazarevi layiq biliblər.
F.Əliyevdən başqa digər 4
münsif 2-ci
yerə Ukraynanı qalib edən Camaləni
qoyublar. O, 2-ci yerə Bolqarıstanı, Camaləni isə 3-cü yerə yazıb.
Hər 5 münsif sonuncu yerə Ermənistan təmsilçini layiq
biliblər.
Rəsmi saytda tamaşaçıların gizli səsverməsi də açıqlanıb. Azərbaycan tamaşaçısı səslərini ardıcıl
olaraq belə verib:
Rusiya – 12 xal
Ukrayna – 10 xal
Bolqarıstan – 8 xal
Macarıstan – 7 xal
İsrail – 6 xal
Malta- 5 xal
Fransa – 4 xal
Polşa – 3 xal
Avstraliya - 2 xal
Gürcüstan – 1 xal
Səsvermənin digər detalları ilə cədvəldə tanış ola
bilərsiniz.
A - Gülçöhrə Şəfiyeva
B - Fərid Əliyev
C - Əyyub Quliyev
D - Nərgiz Cəlilova
E - Təranə Muradova
"Eurovision 2016"da münsiflərin və tamaşaçıların
verdiyi səslər arasında fərq
Hər iki səsvermənin nəticələri