Efiopiyanın "The Daily Monitor" qəzetində "Ulu Öndər – Heydər Əliyev" məqaləsi dərc edilib

17 May 2016 14:40 (UTC+04:00)

Efiopiyanın "The Daily Monitor" qəzetində jurnalist Araya Qetaçonun "Ulu Öndər - Heydər Əliyev" ("The Great Leader - Heydar Aliyev") adlı məqaləsi dərc edilib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən Movqe.az-a verilən məlumata görə, məqalədə jurnalist Azərbaycan tarixinin və dövlətçiliyinin, ölkəmizin hər bir sahədə əldə etdiyi uğur və nailiyyətlərinin Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edərək, xalqımızın milli birliyinin əldə olunmasında və Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri və tarixi rolu olduğunu vurğulayıb.

Jurnalist A.Qetaço dövlətçilik ənənələrinin formalaşdırılması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və əbədiləşdirilməsi, ölkəmizin dinamik iqtisadi inkişafının təmin edilməsi və beynəlxalq nüfuzunun sürətlə artması Ümummilli Lider Heydər Əliyevin tarixi rolu və liderlik sayəsində mümkün olduğunu oxucuların diqqətinə çatdırıb.

Bakıda səfərdə olmuş jurnalist A.Qetaço Azərbaycan xalqı tərəfindən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin daim dərin ehtiramla yad edildiyinin şahidi olduğunu yazaraq, məqalədə "əgər hər bir xalqın tarixində Ulu Öndər Heydər Əliyev kimi dahi lider olsa idi, onda dünyamız firavan və dinc olardı" deyərək bildirir.