Ucar sakini çaqqala atəş açdı, ər-arvadı yaraladı

17 May 2016 15:00 (UTC+04:00)

Ucar rayonunda güllələnmə hadisəsi baş verib.


Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 15-də Ucar rayonunun Yuxarı Şilyan kənd sakini Daşqın Həsənov həyətyanı sahəsinə girmiş çaqqalın istiqamətində tüfəngdən açdığı atəş nəticəsində ətrafa səpələnmiş qırmalardan qonşuları Aqil Fəzliyev və arvadı Günel xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.


Ucar RPŞ əməkdaşları tərəfindən D.Həsənovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.