Robert De Niro məşqçi oldu - FOTO

17 May 2016 19:30 (UTC+04:00)

Fransanın Kann şəhərində keçirilən 69-cu beynəlxalq kinofestivalda "Hands of Stone" filminin təqdimait nümayişi olub.


Film məşhurluğunun pik dövrü 1970-ci illərə təsadüf edən əfsanəvi boksçu Roberto Dürandan bəhs edir.


Movqe.az Daily Mail-ə istinadən bildirir ki, filmdə Düran rolunu Edqar Ramires oynayıb. 72 yaşlı Robert de Niro isə boksçunun meneceri və məşqçisi Rey Arsel obrazını canlandırıb.


Təqdimat mərasiminə De Niro xanımı, 62 yaşlı aktrisa, müğənni və filantrop Qreys Haytauerlə birlikdə qatılmışdı.