Qız tapa bilmədi, pişiklə getdi - FOTO

28 Sentyabr 2018 11:47 (UTC+04:00)

"Buraxılış gecəsinə qızları dəvət etdim, amma razılıq vermədilər. Mən də onlara dərs olsun deyə belə etdim".ABŞ-ın Kolumbiya dairəsindəki Vaşinqton şəhərində yaşayan Sem  Şteynqard təhsil aldığı məktəbi başa vurması ilə bağlı buraxılış gecəsinə sinif yoldaşları olan qızları dəvət etsə də, rədd cavabı alıb. Movqe.az  bildirir ki, pərt olmayan Sem də buraxılış gecəsinə pişiyi Rubini aparıb.Semin bacısı, 20 yaşlı Kerolayn qardaşının və pişiyinin fotolarını İmgur servisində paylaşandan sonra Sem sosial şəbəkələrdə məşhurlaşıb."Qardaşım Rubiyə don geyindirdi və pişiyi qucağına alıb məktəbə getdi. "Rubi təki gözəl qız var?! Onunla rəqs edəcəyəm, - Sem bunu deyib qəhqəhə çəkdi", - Kerolayn yazıb./milli.az/