İŞİD 5 min illik inciləri məhv etdi - FOTO

17 May 2016 21:00 (UTC+04:00)

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı daha bir vəhşilik edib. Terrorçular İraqın Mosul şəhəri yaxınlığındakı qədim Nineviya şəhərində 5 min il yaşı olan tarixi abidələri məhv ediblər.


Movqe.az bildirir ki, eramızdan əvvəl 3-cü minilliyin ortalarında İştar tanrısının məbədinin qarşısında ucalan Maşki darvazası, hökmdar 1-ci Şəmşiadadın vaxtında ucaldılmış Adad darvazası və akkad çarı Maniştuşunun zamanında tikilmiş qala divarları buldozerlər vasitəsilə yerlə yeksan olunub.


UNESCO-nun baş direktoru İrina Bokova qədim Nrineviyadakı vəhşiliyi qətiyyətlə pisləyib.


İŞİD terrorçuları ötən il Mosulda Nerqal darvazasının önündəki qanadlı buğaların heykəllərini dağıtmış, yerli muzeyi viran qoymuşdular./milli.az/