İŞİD xristian qəbristanlığını dağıtdı

17 May 2016 23:00 (UTC+04:00)

"Burada kafirlər, xristianlar dəfn olunublar. Biz buranı ələ keçirəndə kafirlərin məzarlarını qoruyan Taqut kölələri müqavimət göstərmək istədilər. Hamısını öldürdük".

İki qoltuq ağacının vasitəsilə yeriyən İŞİD terrorçusu xristian qəbristanlığında dolaşaraq belə deyir. O, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının yaydığı yeni videonun "qəhrəman"ıdır.

Movqe.az milli.az-a istinadən bildirir ki, video Suriyanın Deyr əz-Zor şəhərində, İŞİD-in "Vilayət əl Xeyr" adlandırdığı məkanda çəkilib.

İŞİD-in verdiyi məlumata görə, Deyr əz-Zor şəhərinin qərbində olan bu qəbristanlığı Suriya ordusunun 10 əsgəri mühafizə edirdi. Terrorçular onların hamısını öldürüblər.