ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir

18 May 2016 09:37 (UTC+04:00)

Azərbaycan və Ermənistan prezidentləri atəşkəs rejiminə riayət etməsinə, etimadın möhkəmləndirilməsi üzrə mühüm tədbirlərin işə salınmasına və gələn ay hərtərəfli nizamlanmaya gətirib çıxara bilən danışıqlar prosesinə başlamasına dair öhdəliklər götürüblər.


Movqe.az-ın məlumatına görə, bunu ABŞ dövlət departamentinin nümayəndəsi Con Kirbi keçirilən brifinqdə bildirib.


Prezidentlər status-kvo çərçivəsindən çıxmaq və bu bölgədə yaşayan bütün insanlara fayda verə bilən tədbirlər görmək üçün siyasi iradə nümayiş etdirdilər.


"Birləşmiş Ştatlar öz tərəfindən onlara bu işdə kömək etməyə hazır olacaq", - deyə Kirbi bildirib.


Kirbi deyib ki, bu müsbət görüş və düzgün istiqamətdə atılmış addım idi./trend/