Tatlısəsi yumruqlayıb dişlərini tökdülər

18 May 2016 11:10 (UTC+04:00)

İbrahim Tatlısəs ilə eyni soyadı daşıyan tanınmış müğənni Seda Tatlısəs ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.


Miovqe.az xəbər verir ki, o, məhkəmədən ərinə 5 aylıq həbs tələb edib. Müğənni əri tərəfindən təhqir olunaraq döyüldüyünü söyləyib. 




"Ərim məni təhqir edir, söyür. Ondan boşanmaq istədiyimi deyəndə çənəmə yumruq atdı. Həm də elə bir yumruq atdı ki, dişlərim töküldü. Məni öldürəcəyini söylədi. Sonra başqa vaxt evə gedəndə 4 nəfər üstümə gəlib məni döydü".


Qeyd edək ki, tanınmış ifaçının İbrahim Tatlısəs ilə xatirə fotosu da var./milli.az/