Rafet El Roman xanımından ayrıldı

18 May 2016 11:47 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Rafet El Romanın 1 ay əvvəl həyat yoldaşı Ceren Kaplakarslandan ayrılması barədə xəbərlər yayılmışdı.

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisa Oya Aydoğanın dəfn mərasiminə ayrı-ayrı qatılan ikilinin barmağında üzüyün olmaması yayılan dedi-qoduları daha da gücləndirib. 


Qeyd edək ki, cütlük 2 il əvvəl ailə qurmuşdu. Onların 1 oğlu, 2 qızı var.