"Qəbələ" "Kəpəz"lə oyuna hazırlaşır

18 May 2016 13:15 (UTC+04:00)

"Qəbələ" Azərbaycan Premyer Liqasının XXXVI turunun "Kəpəz"lə oyununun hazırlığına start verib. 


Movqe.az goal.az-a istinadən xəbər verir ki, XXXV turun AZAL-la ev oyunundan (2:0) sonra bir günlük istirahətə buraxılan "qırmızı-qaralar" Qəbələ şəhər stadionunda bir araya gəlib. Bu gün başlayan hazırlıqlarda komanda üzvləri iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici hazırlıq keçib. Digər futbolçular isə toplu çalışmalara üstünlük verib. Roman Qriqorçukun yetirmələri mövsümün son oyununun hazırlığını sabah öz stadionunda keçirəcəyi məşqlə davam etdirəcək.


Xatırladaq ki, mayın 20-də baş tutacaq "Kəpəz" - "Qəbələ" oyunu Gəncə şəhər stadionunda keçiriləcək. Matç saat 17:00-da başlayacaq.