İranlı İnstagram ulduzları ölkədən qaçdılar - FOTO

18 May 2016 20:00 (UTC+04:00)

İranda İnstagram-da "açıq-saçıq fotolarını və hicabsız görkəmlərini paylaşmaq"da suçlanan 170 qadınla bağlı araşdırmalar davam edir. Həmin xanımlardan biri cəzadan qurtulmaq üçün əri ilə birlikdə ölkədən qaçıb.

Movqe.az Al Jazeera-ya istinadən bildirir ki, peşəkar makiyaj ustası və model Elnaz Gülrux həbs olunmamaq üçün əri, model Həmid Fədai ilə birlikdə İranı tərk edib.

Elnaz Gülruxun İnstagram səhifəsinin 640 mindən artıq daimi təqibçisi var.

Onlar hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindədirlər.

Tehran Kibercinayətlər Məhkəməsinin İran DİN-i ilə birgə həyata keçirdiyi "Hörümçək 2" əməliyyatı çərçivəsində məsuliyyətə cəlb olunanlar arasınqda yer almış model Elham Ərəb isə səhvini etiraf edib, "bir daha belə əməllər etməyəcəyini" bildirib. Bu etirafdan sonra o, məsuliyyətdən azad olunub, işinə qayıdıb.