Təzə bəydən ŞOK hərəkət - Gəlini bağlayıb özü çılpaq...

18 May 2016 22:30 (UTC+04:00)

Türkiyədə yenicə toyu olan gəncin hərəkəti hər kəsi şoka salıb.


Movqe.az-ın məlumatına görə, Bartında Büyükkızılkum Köyündə faciəli hadisə baş verib. Ötən gün toyu olan 31 yaşlı Ramazan Çetin ailəsinə dəhşətli anlar yaşadıb.


Çetin gecə xanımını yataq otağında qoyaraq qapını bağlayıb və əlindəki dəyənəklə evdəki əşyaları dağıtmağa başlayıb. Ramazan Çetinin atası 60 yaşlı atası Əhməd Çətin evdəki səy-küyə oyanaraq yuxarı mərtəbədən aşağı enib. Gözü dönən Ramazan Çetin əlindəki dəyənəklə atasını döyərək öldürüb, anası və bacısını yaralayıb.


Hadisə gecə 03:00 radələrində baş verib. İstanbulda bir şirkətdə mühafizəçi işləyən və psixoloji problemləri olduğu deyilən Ramazan Çətin İstanbulda tanış olduğu Senem Çetinlə bazar günü kənddə etdikləri toyda evlənib. Toy gecəsi Bartında bir oteldə qalan cütlük ertəsi gün evə qayıdıb.


Evin 1-ci mərtəbəsində xanımı ilə birlikdə qalan Ramazan Çətin gecə bilinməyən səbəbdən bağırmağa başlayıb. Deyilənlərə görə, həyat yoldaşını yataq otağında bağlayan gənc çılpaq halda otaqdan çıxaraq əlindəki dəyənəklə əşyaları dağıdıb. Ramazan Çətinin atası Əhməd Çetin, 60 yaşlı anası Adilə və 37 yaşlı bacısı Tümray Çetin səsə oyanaraq aşağı eniblər. Ailə üzvlərinə hücum edən Ramazan evdəki əşyaları qıraraq bayıra atmağa başlayıb.


Səsə oyanan qonşular Ramazan çətinə mane olmağa çalışıblar. Hadisə yerinə polis və təcili yardım xidməti çağırılıb. Tibb heyəti yaralı ailə üzvlərini Bartın Dövlət Xəstəxanasına çatdırıblar. Edilən müdaxilələrə baxmayaraq təqaüdçü mədən işçisi Əhməd Çətin həyatını itirib. Ana və qızın vəziyyətlərinin normal olduğu bildirilib.


Əlləri və ayaqları bağlanaraq eyni xəstəxanaya aparılan Ramazan xəstəxananın məhkumlar üçün nəzərdə tutulan otağında nəzarətə götürülüb. Kənd muxtarı Ersin Değer Ramazanın əvvəllər İstanbulda müalicə aldığını bildirərək deyib: " Bazar günü toyunu etdik. Heç bir problem yox idi. Dünən axşam qışqırıq səslərini eşidib hadisə yerinə getdik. Ata, ana və bacısını dəyənəklə döymüşdü. Həyat yoldaşını otaqda bağlamışdı, ancaq ona heç nə etməmişdi. Ramazan çox sakit bir insan idi. Biz nə baş verdiyini başa düşmədik ".


Hadisə ilə bağlı istintaq davam edir./exobaku.com/