Onlar "Eurovision"a getmək arzusundadır

18 May 2016 17:25 (UTC+04:00)

Əməkdar artistlər Elza Seyidcahan və Lalə Məmmədova "Eurovision" yarışmasına getmək istəyirlər.


Movqe.az-ın məlumatına görə, müğənnilər bu haqda ANS-ə açıqlamasında deyiblər.


E.Seyidcahan "Eurovision"a peşəkar musiqiçilərin göndərilməsinin tərəfdarı olduğunu bildirib:


"İştirakçı kimi getməyə çəkinmərəm. Hərdən deyirlər ki, əməkdar artistsiniz, eyibdir. Amma biz yaşda olan sənətçilər hər şeyi yaxşı bilir. Bilirik ki, siyasət, musiqi, tərənnüm, təbliğat nədir. Biz artıq ora hazırıq".


L.Məmmədova da yarışmaya getsə, bilinməyən tərəflərini göstərəcəyini açıqlayıb:


"Necə istəyərəm o səhnədə çıxış edim... Fərqli bir tərzdə özümü göstərim. Ora gedib uduzmaqdan da qorxmuram. O səhnənin özündə çıxış etmək də güc tələb edir. Mən bunu artıq bacarıram. Dünya arenasına çıxım, özümü başqa cür təqdim edim".