Bakıda yanan məişət tullantıları inzibati bina üçün təhlükə yaratdı

19 May 2016 11:00 (UTC+04:00)

Gecə saatlarında Bakıda məişət tullantıları sahəsində baş vermiş yanğın təhlükəli anlar yaradıb. Belə ki, Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda 50 kv.m sahədə məişət tullantıları yanmış və yüksək temperaturdan yaxınlığında ümumi sahəsi 70 kv.m olan inzibati binanın girişinin lambirdən ibarət tavanı 2 kv.m sahədə əriyib. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.