Şəmkirdə 3 otaqlı ev yanıb

19 May 2016 11:07 (UTC+04:00)

Gecə saatlarında Şəmkir rayonunda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, rayonda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağında 5 kv.m sahədə tavan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 04:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.