Alman s​əyyah piyada 8 ölkəni keçərək Azərbaycana çatıb

19 May 2016 11:26 (UTC+04:00)

Əslən Almaniyadan olan Niakol Aysman piyada dünya səyəhətinə çıxıb.  Movqe.az  xəbər verir ki, 8 ölkəni piyada keçən səyyah Azərbaycanın cənub bölgəsinə çatıb. İxtisasca sığorta meneceri olan N.Aysman çoxdankı arzusu olan dünya səyahətini reallaşdırmaq üçün işdən belə çıxmağı gözə alıb. İndiyə kimi 5 000 kilometr  yol qət edən əcnəbi yol boyu hərəkət etməyin çox çətin olduğunu bildirib: "Daha çox çətin və təhlükəli olan nəqliyyatdır. Yol çox səs-küylüdür. Hər dəfə maşınların siqnal verməsi adamı bezdirir. Arabir ayaqlarım ağrıyır. Amma indi hər şey yaxşıdır". Səyyah qeyd edib ki, puluna qənaət etmək üçün gecələr çadırda qalmağa üstünlük verir: "Qənaət etsəm də hər gün yeməyə 6-7 dollar pul xərcləyirəm. Azərbaycanın cənub bölgəsindəyəm və insanların qonaqpərvərliyindən çox razıyam. İnsanlar çox mehribandırlar. Məni bəzən çaya və yeməyə dəvət edirlər. Polis də çox mehribandır. Bura mənim xoşuma gəldi". Qeyd edək ki, əcnəbi səyyah Şərq ölkələrini keçməklə səyahətini elə Almaniyada başa vurmağı planlaşdırıb. /report/