ARDNF 7 banka 41,4 mln., Mərkəzi Banka 7 mln. dollar satıb

19 May 2016 12:50 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.


Fonddan Movqe.az-a verilən məlumata görə, bu vəsaitdən 41,4 milyon ABŞ dolları məbləğində vəsait 7 banka və 7 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.


İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.