İraqda ziddiyyətlər davam edir

20 Aprel 2012 14:55 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, ABŞ əsgərlərinin İraqdan geri qayıtmasına baxmayaraq hücumlar səngimək bilmir.
Paytaxt Bağdad daxil olmaqla Baxibə, Kərkük, Samarra, Dibis və Tacı şəhərlərində dünən eynivaxtda 14 bomba yüklü maşın vasitəsilə partlayış edilib, üç intihar hücumu təşkil olunub. Hücumlarda 35 nəfər dünyasını dəyişib, 150nəfər isə yaralanıb. Ən az 5 bombanın partladığı Bağdadda isə səhiyyə naziri Məcid Məhəmməd Əmindin bomba yüklü maşın vasitəsilə həyata keçirilən sui-qəsd təşkilindən yara almadan xilas olduğu bildirilib. İraq rəsmilərinə görə hücumları Əl Qaidə reallaşdırıb.
Əfqanə Məzahirqızı