"Facebook"da əla yenilik - FOTO

19 May 2016 14:32 (UTC+04:00)

Dünyanın ən məşhur sosial şəbəkəsi olan "Facebook" dünən istifadəçilərini sevindirəcək yeni funksiyasını sınamağa başlayıb.

 Movqe.az bildirir ki, istifadəçilər sosial şəbəkənin bir müddət əvvəl təqdim etdiyi "Facebook Live" funksiyası ilə  "Periscope"'da olduğu kimi canlı yayımla videolarını paylaşa bilirdilər. Dünən həmin funksiyaya daha bir yenilik əlavə olunub. "Facebook Live Map" adlanan yenilik sayəsində dünyanın istənilən yerində canlı yayımda olan istifadəçilərin videolarını görmək və həmin videoya neçə nəfərin baxdığını bilmək mümkün olacaq.