Təmas xəttində keçirilən növbəti monitorinq insidentsiz baş tutub

19 May 2016 14:50 (UTC+04:00)

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Ağdam rayonu Baş Qərvənd kəndinin şimalından keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.