AzTU-da SABAH qruplarının təqdimatı keçirilib (FOTO)

19 May 2016 15:45 (UTC+04:00)

Azərbaycan Texniki Universitetin (AzTU) I-ci kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib.


Universitetdən Movqe.az-a verilən məlumata görə, təqdimatda iştirak edən Təhsil Nazirliyinin SABAH qruplarının İcra komitəsinin rəhbəri Şahin Seyidzadə SABAH haqqında tələbələrə ətraflı məlumat verərək, bu qruplarda təhsil alan tələbələrin qayğısından, təhsilin keyfiyyətindən, yaradılan şəraitdən və qəbul şərtlərindən danışıb.


Qeyd olunub ki, bu il SABAH quruplarına AzTU-da 5 ixtisas üzrə: "Kompyuter mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi", "Elektrik mühəndisliyi", "Elektronika, telekommunikasiya və Radiotexnika mühəndisliyi", "Biotibbi texnika mühəndisliyi" ixtisasları üzrə qəbul elan edilib.


Bu qruplarda təhsil 3 ildir və yalnız I-ci kurs tələbələri müraciət edə bilər. Qəbul məntiq və ingilis-dili üzrə testlə aparılır.


Sonda tələbələrin təklifləri dinlənilərək müzakirə edilib və qəbul şərtləri haqqında onları maraqlandıran bütün suallar ətraflı cavablandırılıb.