"Atletico" Mendeşlə anlaşdı

19 May 2016 16:00 (UTC+04:00)

"Atletico"nun yarımmüdafiəçisi Tiyaqo Mendeş daha bir mövsüm klubda qalacaq. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, portuqaliyalı futbolçu 2017-ci kimi yeni müqaviləyə imza atıb. 35 yaşlı havbek 2009-cu ildən Madrid klubunda çıxış edir. Bu müddətdə o, İspaniyada bütün titullara sahib çıxıb. Bundan başqa Avroliqanın və Avropa superkubokunun qalibi olub. Bu mövsüm Mendeş zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyib.