Sağ qalacağına özü də inanmırdı

19 May 2016 18:00 (UTC+04:00)

ABŞ-ın Alyaska ştatında qəzaya uğrayan bir sürücü ölümdən son anda xilas edilib.


Movqe.az bildirir ki, qəzadan dərhal sonra nəzarətdən çıxaraq aşan avtomobil yanmağa başlayıb. Bu vaxt maşından çıxa bilməyən sürücü diri-diri yanmaq təhlükəsi ilə üzləşib. Xoşbəxtlikdən həmin vaxt ərazidə başqaları olub və polislər hadisə yerinə vaxtında çatıb.


Asayiş keşikçiləri sakinlərin köməyi ilə sürücünü yanan avtomobildən çıxara biliblər. Baş verənlər polis maşınındakı video-registratordan anbaan lentə alınıb. Yanan avtomobildən çıxarılan zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri ilə həkim nəzarətinə götürülüb. Görüntülərdə xilas edilən sürücünün  "öləcəyimi düşünürdüm" deməsi diqqət çəkib./atv.az/