Tərtərdə 6 ədəd PHS aşkarlanıb - FOTO

20 May 2016 12:56 (UTC+04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb. Agentlikdən Movqe.az-a verilən xəbərə görə, 19 may tarixində 4 ev və həyətyanı sahədə, 6 əkin sahəsi, 25 partlayış yerinə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik partlamamış top mərmisi, 2 ədəd 152 mm-lik partlamamış top mərmisi, 1 ədəd 122 mm-lik top mərmisinin partladıcısı və 1 ədəd Qrad raketinin mühərrik hissəsi) gün ərzində 36 025 kv. m ərazi təmizlənib.


Tərtər rayonu


Əskipara kəndi - 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 2 ədəd 122 mm-lik partlamamış top mərmisi və 152 mm-lik partlamamış top mərmisi aşkar olunaraq zərərsizləşdirilib, 14 000 kv. m. ərazi yoxlanılıb.


(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-nin "102" Xidməti-Zəng mərkəzinin məlumatları)


Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik top mərmisinin partladıcısı və 1 ədəd Qrad raketinin mühərrik hissəsi aşkar olunaraq götürülüb, 8 000 kv. m. ərazi yoxlanılıb.


Qazyan kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 420 kv. m ərazi yoxlanılıb.


Cəmi:3 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, 15 partlayış yerinə baxış keçirilib, 2 ədəd 122 mm-lik partlamamış top mərmisi, 2 ədəd 152 mm-lik partlamamış top mərmisi, 1 ədəd 122 mm-lik top mərmisinin partladıcısı və 1 ədəd Qrad raketinin mühərrik hissəsi aşkar olunaraq zərərsizləşdirilib, 22 420 kv. m ərazi təmizlənib.


Ağdam rayonu


Çəmənli kəndi – 1 ev və həyətyanı sahədə, 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib və nəticə etibarı ilə 2 000 kv. m ərazi yoxlanılıb.


Zəngişalı kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş və nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılıb.


Cəmi:1 ev, 2 əkin sahəsi, 5 partlayış yeri aşkar edilib və nəticə etibarilə 12 000 kv. m ərazi təmizlənib.


Ağcabədi rayonu


Hacılar kəndi - 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib və nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.


(DİN-nin "102" Xidməti-Zəng mərkəzinin məlumatı)


Cəmi:1 əkin sahəsi, 3 partlayış yeri aşkar edilib və nəticə etibarilə 1 000 kv. m ərazi təmizlənib.


Füzuli rayonu


Şükürbəyli kəndi – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 605 kv. m ərazi yoxlanılıb.


Cəmi:2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib, nəticə etibarilə 605 kv. m ərazi təmizlənib.


Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 19 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 500 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 428 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.


Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.