Səbuhi Rəcəb: “Bağışlama təşəbbüsü Mehriban xanıma Əliyeva məxsusdur”

20 May 2016 14:26 (UTC+04:00)

"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın 28 May – Respublika günü münasibəti ilə "Amnistiya aktı" haqqında qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciəti vətəndaşlarımız tərəfindən böyük humanizm addımı kimi qəbul edilir.

Bu fikirləri xalq.az-a Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti, "Effektiv Cəmiyyət İnstitutu" İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb açıqlamasında bildirib ki, Azərbaycanın birinci xanımı, Mehriban xanım Əliyevanın adını biz çox zaman mədəni, əbəbi, maarifləndirici, idman,ictimai və s. xəbərlərlə bir çəkildiyini görsək də , bir çox vaxt da , xəstə, ahıl , aztəminatlı ( Azərbaycandan xaricdə olsa belə ) insanlara yardım mələyi qismində eşidir və görürük. Buna misal olaraq, Pakistanda bir sıra məktəblərin və uşaq evlərinin tikintisi və bərpası, bir çox sənət adamlarının müalicəsi üçün yardım etməsi , talassemiya , daun sindromlu ve fiziki qüsurlu xəstə uşaqlara diqqəti və qayğısı , Nabranda istirahət mərkəzlərin birində hər iki ayagını itirmiş İmran Cəfərzadəyə verdiyi dəstəyi və s . bunun kimi bir çox misallar getirə bilərik.

Millət vəkili Mehriban xanım Əliyeva uşaqlarla bağlı her bir problemə həssəs reaksiya verir. O, bu və ya digər xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər hər lazımi tədbir görür, uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün hər cür səy göstərir. Hazırda valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə almiş uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə ab-havası yaradılıb. Onun uşaqlara qarşı diqqəti, mərhəməti və sevgisini qızları Leyla xanım ve Arzu xanım davam etdirirlər, məhz onların uşaq evlərinə və internat məktəblərinə tez-tez baş çəkməsi yeni ənənin əsasın qoyub.Hazırda ictimaiyyət, müxtəlif dövlət strukturları ve beynəlxalq teşkilatların nümayəndələri uşaq müəssisələrinin yetirmələrineəmütəmadi baş çəkirlər. Mətbuatda izlədi ki, Azərbaycanın Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva "Amnistiya aktı"-nın qəbul olunması ilə üçün Milli Məclisə təşəbbüslə müraciət etmişdir. Yeni amnistiya aktı layihəsinin böyük ictimai tehlüke töretmeyen ve az ağır cinayetlere göre məhkum edilmiş qadınları, cinayət törədərkən 18 yaşına çatmayanları əhatə edəcəyi bildirilir. Habelə , ondan birinci, ikinci qrup əlillərin, 60 yaşına çatmış kişilərin, yetkinlik yaşına çatmayan əlil övladı olanların yararlanacağı gözlənilir. Bu addım Mehriban xanım Əliyevanın bir daha xalqın rifahını,düşünən kimi qəbul olunur. Birinci xanım Mehriban Əliyevaya gələcəkdə çətin və məsuliyyətli işlərində uğurlar arzu edirəm. Azərbaycanın parlaq sabahı və bizlər üçün gördüyü işlərdən dolayı dərin təşəkkür edirəm."