Angela Merkel Türkiyəyə səfər edəcək

20 May 2016 23:00 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 23-də İsrtanbulda Almaniya kansleri Angela Merkellə görüşəcək.Movqe.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin təmsilçisi Şteffen Zaybert bildirib. Onun sözlərinə görə, Türkiyə prezidenti ilə Almaniya kansleri arasında görüş planlaşdırılıb. A.Merkel İstanbulda keçiriləcək Ümumdünya Humanitar Forumunda iştirak edəcək.