Krımın dörd şəhəri işıqsız qaldı

20 May 2016 22:30 (UTC+04:00)

Movqe.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu gün Krım yarımadasının dörd şəhərinə elektrik enerjisinin ötürülməsi dayandırılıb.Məlumata görə, hazırda Simferopol, Sevastopol, Yalta və Feodosiya şəhərlərində elektrik enerjisi yoxdur. Həyati vacib obyektlər avtonom elektrik mənbələrindən istifadə etməklə elektriklə təmin edilir.