Gəncədə narkotik aşkarlandı

20 May 2016 16:22 (UTC+04:00)

Gəncə şəhər sakinində narkotik aşkarlanıb. Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Rafiq Camalovdan 7 kiloqram marixuana götürülüb.