Ağstafada mağaza qarət edilib

20 May 2016 17:07 (UTC+04:00)

Ağstafada mağaza qarət edilib. "Report"un xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində İlkin Qarayeva məxsus obyektdə baş verib. Mağaza sahibi hava yağmurlu olduğundan satış mərkəzini vaxtından tez bağlayıb, səhər saatlarında isə mağazanın qarət edildiyi xəbərini eşidib. Qarətin gecə saat 3 radələrində olduğu bildirilir. Oğurluq zamanı qonşu obyektin təhlükəsizlik kameraları hadisəni lentə alıb.

İlkin Qarayevin obyektindən 300 manat dəyərində danışıq kartları və müxtəlif içkilər, tütün məhsulları götürülüb. Faktla bağlı Ağstafa polisi araşdırmalara başlayıb.