Google, Allo ilə Whatsapp-a rəqib oldu

20 May 2016 20:30 (UTC+04:00)

İnternet nəhəngi Google ani mesajlaşma proqramı hazırlayıb. ""Marja" xəbər verir ki, Allo adını verdiyi proqram ilə Whatsapp-a rəqib olan Google, zamanla ayaqlaşan və danışığı daha da asanlaşdıran bir tətbiq hazırladığnı bildirib.

Proqram, Facebook Messenger-ə bənzərliyi ilə də diqqəti çəkir. Allo-ya bağlanmaq üçün telefon nömrəniz və ya Google hesabınızla daxil olursunuz. Proqramda digər mesajlaşma işlərində gördüyümüz əsas funksiyaların hamısı var.