"Fotogenik deyiləm, fotolarda yaxşı çıxmıram" deyirsinizsə, SƏBƏBİ VAR
21 May 2016 11:30 (UTC+04:00)
"Niyə güzgüdə özümə gözəl/yaraşıqlı göründüyüm
halda, fotolarda eybəcər çıxıram," deyənlərdənsiniz? Ailənizdəki,
hətta bütün dünyadakı ən fotogenik olmayan adam olduğunuzu
düşünürsünüz? Onda sizə deyək ki, bu mövzuda qətiyyən tək
deyilsiniz.
İnsanların bəlkə də 90 faizi fotolarda çirkin düşdüyünə inanır.
Bunun isə çox bəsit bir səbəbi var- GÜZGÜLƏR! Belə ki, özümüzü
güzgüdə görməklə qarşı tərəfdən görmək arasında fərq var: biri
digərinin çevrilmiş halı olaraq görünür. Biz uzun illərdir ki,
özümüzü qarşıdan deyil, güzgüdən gördüyümüz üçün həmin görüntüyə də
olduqca öyrəşmişik.
Digər tərəfdən də insanın siması tam simmetrik deyil. Sol tərəfiylə
sağ tərəfi arasında kiçik, lakin beynimizin diqqətini çəkə bilən
fərqlər mövcuddur. Məsələn, kiminsə bir gözü digərindən böyük, bir
qaşı digərindən fərqli, bir yanağı digərindən bir az daha şişkin və
sair ola bilir. Əlbəttə ki, bunlardan daha böyük fərqlər də
mövcuddur. Beynimiz fotolarda bu fərqləri dərk etdiyi üçün fotodakı
görünüşümüzü bəyənmir.
Aparılan tədqiqatlar da sübut edib ki, insanlar çəkdirdikləri
fotoların döndürülmüş formalarını adətən daha çox bəyənirlər.
Bundan başqa, əgər siz fotoda güzgüdə göründüyünüz kimi
çıxsaydınız, bu dəfə də digərləri sizin yaxşı görünmədiyinizi
düşünərdi. Çünki onlar sizin güzgüdəki görünüşünüzə vərdiş
etməyiblər./pahoo.az/