İsveçrədə qatarla avtobus toqquşub, 17 nəfər yaralanıb

21 May 2016 12:00 (UTC+04:00)

İsveçrənin İnterlaken komunnasında (Berndən 40 km məsafədə) sürət qatarı turistik avtobusla toqquşub.


Movqe.az  trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər xəsarət alıb.


Qəza, avtobusun vağzala gedərkən dəmir yolunu keçdiyi zaman baş verib.