Pakistanda avtobusun iştikarı ilə qəza: 10 ölü, 18 yaralı

21 May 2016 12:30 (UTC+04:00)

Pakistanda avtobusun iştirakı ilə ağır yol qəzası baş verib, nəticədə ən azı 10 nəfər ölüb, daha 18 nəfər isə yaralanıb.


Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, avtobus yük avtomobili ilə toqquşub. Hadisə Nəsirabad şəhərinin yaxınlığında baş verib.


Yaralılar yaxınlıqdaki xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbi bildirilmir.