"Bezdim!" -Kıvançın həyat yoldaşı nöqtəni qoydu / FOTO

21 May 2016 14:30 (UTC+04:00)
Türkiyəli aktyor Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizer hamilə olması ilə bağlı yayılan xəbərlərə son nöqtəni qoyub.

Movqe.az Türkiyə mətbuatına istinadən bildirir ki, 3 aylıq hamilə olduğu iddia edilən B.Dizer jurnalistlərə açıqlamasında hamilə olmadığını desə də, hələ də belə xəbərlər yayımlanmaqdadır. 

"Bezdim bu suallardan" deyən B.Dizer sosial şəbəkədə foto paylaşıb. 

Xatırladaq ki, B.Dizer sonuncu dəfə qatıldığı toy mərasimində libasının gen olması onun hamilə olması ilə bağlı deyilənləri bir az da təsdiqləyib.

Fotonu təqdim edirik: