Böyük Britaniyanın sonuncu tütün fabriki bağlanıb

21 May 2016 15:30 (UTC+04:00)

Böyük Britaniyada sonuncu tütün fabriki öz işini dayandırıb. Bu barədə Movqe.az "BBC"yə istinadən xəbər verir.


Nottinhem qraflığında yerləşən və "İmperial Tobacco" şirkətinə məxsus "Horizon" fabrikasının bağlanılması haqqında qərar 2 il əvvəl qəbul edilib. Bununla 500 insan iş yerlərini itirir.


İstehsalın qızğın vaxtlarında fabrik ildə 52 milyard siqaret hazırlayıb, işçilərin sayı isə 7 minə yaxın olub. Amma son illər Böyük Britaniyada siqaretə tələbat kəskin aşağı düşüb.


Son zamanlar "İmperial Tobacco" şirkəti istehsalı ucuz işçi qüvvəsi olan digər ölkələrə keçirir. Onların sırasında İraq, Suriya, Çin, Rusiya və Polşa var.