Elmar Məmmədyarov Qətərin xarici işlər naziri ilə görüşüb

21 May 2016 22:00 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Qətər Dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Al Tani ilə görüşüb.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.