Telefonda işlətdiyiniz barmağa görə XARAKTERİNİZ - FOTO
22 May 2016 11:30 (UTC+04:00)
Əgər psixologiya oxuyan ya da psixoloq dostunuz
varsa davranışlarınıza, hərəkətlərinizə görə sizin xarakterinizi,
ruhi vəziyyətinizi təhlil edə, sizə müəyyən fərziyyələrini deyə
bilər. Çox vaxt biz bu cür fikirləri qulağardı etsək də, bəzən
düzgün çıxanlar da az olmur.
Problemləri həlletmə tərziniz, oturuş formanız
sizin barədə əslində çox şey deyir. Bu tip davranışlardan biri də
gün ərzində demək olar ki, əlimizdən düşməyən smartfonları hansı
formada işlətməyinizlə bağlıdır. Heç də hər kəs ekrana eyni
barmaqla toxunmur. Bütün bunlar sizin xarakterinizlə bağlı bəzi
məlumatlar verir.
Əgər Şəhadət Barmağınızdan istifadə
edirsinizsə..
Siz çox diqqətli adamsınız. Bütün diqqətinizi
məşğul olduğunuz işə verməyi bacarır və müvəffəqiyyətlə bitirmədən
dayanmırsınız. Ətrafınızda olan insanlar sizdə liderlik
xüsusiyyətlərinin olduğunu düşünür. Sizin güclü kommunikasiya
qabiliyyətinizin olmasının da bunda böyük rolu
var.
Əgər orta barmağınızdan istifadə
edirsinizsə…
Siz biraz tələskən adamsınız. Çox güclü
xarakteriniz var və digərləri bunu uzaq məsafədən də hiss edir. Siz
ağlınızdan keçənləri açıq-açıq deməkdən çəkinmirsiz. Ancaq bəzən
rahat olmağı da unutmamalısınız.
Əgər baş barmağınızdan istifadə
edirsinizsə…
Siz nə iləsə məşğul olmaqdan zövq alırsınız.
Həmişə görməli olduğunuz çox işiniz var və bundan narahat
olmursunuz. Sizin çılğınlığınız və əyləncəli olmağınız
xarakterinizə çevrilib. Özünüzə və istirahətinizə vaxt ayırmağı çox
sevirsiniz.
Əgər çeçələ barmağınızdan istifadə
edirsinizsə…
Siz yaradıcı ruha sahibsiniz. Özünüzə sadə, ancaq
maraqlı gələcək məşğuliyyətlər tapırsınız. Həmişə yeni ideyalara və
problemləri fərqli həll etməyə meyllisiniz. Öz yolunuza davam
edin.pahoo.az