Uçqun nəticəsində bağlanan Quba -Xınalıq yolu açılıb - YENİLƏNİB

22 May 2016 12:15 (UTC+04:00)

Ötən gün Quba-Xınalıq yolunda baş verən dağ uçqunu nəticəsində bağlanan yol açılıb.


Movqe.az-ın apa-ya istinadən verdiyi məlumata görə, Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, 15-20 tonluq qaya parçaları yolun 37-ci km-lik hissəsindən götürülüb.


Xınalıqla bərabər bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat, Bostankeç kəndləri ilə də əlaqə bərpa olunub.

 

SAAT 12:29

 

Ötən gün Quba-Xınalıq yolunda dağ uçqunu baş verib.

 

Movqe.az-ın apa-ya itinadən verdiyi məlumata görə, yolun 37-cı km-də qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində yol bağlanıb.

 

Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, 15-20 tonluq qaya parçaları yola düşərək hərəkəti məhdudlaşdırıb.

 

Xınalıqla bərabər bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat, Bostankeç kəndləri ilə də əlaqə kəsilib.

 

Yolun açılması üçün əraziyə texnika cəlb olunub.